Qida Təhlükəsizliyi Agentliyinin rəsmi saytı fəaliyyətə başlayıb

11:36 - 3 Aprel 2018 - Xəbər

Qida Təhlükəsizliyi Agentliyi bu il yanvarın 1-də fəaliyyətə başlayıb

Qida Təhlükəsizliyi Agentliyinin rəsmi saytı fəaliyyətə başlayıb. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, afsa.gov.az saytında agentlik haqqında məlumat, Qanunvericilik, Xidmətlər, Media, Beynəlxalq əlaqələr, Məlumat və Əlaqə bölmələri fəaliyyət göstərir.

Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən saytda Regional Mərkəzlər, Beynəlxalq standartlar bölmələri də yer alıb.

Xatırladaq ki, Qida Təhlükəsizliyi Agentliyi bu il yanvarın 1-də fəaliyyətə başlayıb.

Xəbər xətti