"WhatsApp"dan növbəti Yenilik

18:29 - 3 Aprel 2018 - Xəbər

Uzun müddətdir səssizliyini qoruyan dünyanın ən böyük sosial mesajlaşma xidməti olan "WhatsApp" yenilənir. 

Xidmət bir çox yenilikləri ilə yenə istifadəçilərini sevindirməyə hazırlaşır. Smartfon sahibləri "Touch ID" destəyi, qruplarda anket hazırlamaq, qrup söhbətlərinə 4 minə yaxın iştirakçı əlavə edə bilmə yeniliklərdən yararlana biləcəklər. Qeyd edək ki, daha öncə qrup söhbətləri 256 nəfərlə məhdudlaşırdı. 

Bundan başqa rəng seçimi imkanı da yaradılacaq. Yəni istifadəçi "WhatsApp"ın üzünü daha tünd rənglərə boyaya biləcək. 

Hələlik beta versiya yoxlanma mərhələsindədir. Yaxın günlərdə isə bu yeniliklərin iPhone, Android və Windows Phone tədbiqinə əlavə ediləcəyi ehtimal edilir.
 

Daha bir yenilik "Apple Watch"la bağlıdır. Onun üçün də xüsusi tədbiq hazırlanacaq. Lakin bu yeniliyin nədən ibarət olacağı açıqlanmayıb. istipress

Xəbər xətti