Bu il Ermənistan Ordusu 11 hərbçisini itirib

10:47 - 3 Aprel 2018 - Xəbər

2018-ci ilin birinci rübü ərzində Ermənistan Silahlı Qüvvələrinin 11 hərbçisi ölüb.

Bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin yaydığı məlumatda deyilir. Məlumatda qeyd olunur ki, ölüm hallarından 9-u Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindəki hərbi hissələrində, 2-si isə Ermənistanda baş verib. Üç nəfər atəşkəs rejiminin pozulması, dörd nəfər bədbəxt hadisə nəticəsində, iki nəfər xəstəlikdən ölüb.

Bir hərbçinin öldürüldüyü, birinin isə intihar etdiyi hesabatda əksini tapıb.Apa

Xəbər xətti