16/15 saylı Naxçıvan - Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək.
Ucnoqta.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova "APA-Economics"ə bildirib ki, qatar aprelin 5-dən həftədə bir dəfə - Naxçıvandan həftənin IV günləri, aprel 7-dən Məşhəddən həftənin VI günləri saat yola düşəcək.
"Sözügedən marşrut iki ölkə arasında dostluq, dəmir yolu və turizm əlaqələrinin davamlı inkişafına da dəstək olur", - deyə məlumatda vurğulanıb.