Rəsmi Pxenyan hələlik bununla bağlı heç bir məlumat verməyib
Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Li Yon Ho Çinə gəlib. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bunu Yaponiya NHK telekompaniyası yayıb.
Məlumatda o da bildirilir ki, Pekindən sonra Li Yon Honun Rusiya və Azərbaycana səfər edəcəyi və Bakıda Qoşulmama Hərəkatının konfransında iştirak edəcəyi gözlənilir.
Rəsmi Pxenyan hələlik bununla bağlı heç bir məlumat verməyib.