Ucnoqta.az
www.ucnoqta.az

Şimali Koreyanın xarici işlər naziri Azərbaycana gələcək

10:05 - 3 Aprel 2018 tarixində dərc olunub.

Rəsmi Pxenyan hələlik bununla bağlı heç bir məlumat verməyib

Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Li Yon Ho Çinə gəlib. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bunu Yaponiya NHK telekompaniyası yayıb.

Məlumatda o da bildirilir ki, Pekindən sonra Li Yon Honun Rusiya və Azərbaycana səfər edəcəyi və Bakıda Qoşulmama Hərəkatının konfransında iştirak edəcəyi gözlənilir.

Rəsmi Pxenyan hələlik bununla bağlı heç bir məlumat verməyib.

Müəllif: