Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək
18:37 - 2 Aprel 2018 - Xəbər
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.
Səfər aprelin 5-6-ı baş tutacaq.
Səfər çərçivəsində M.C.Zərif Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak edəcək.
Daha sonra nazir Naxçıvan Muxtar Respublikasına yola düşəcək.trend