Lökbatanın girişində hərəkət məhdudlaşdırılacaq

15:41 - 2 Aprel 2018 - Xəbər

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq, Qaradağ rayonu Lökbatan qəsəbəsinin 28 may küçəsindən giriş hissəsində (dəmiryolu körpüsünün altından giriş) bu gün gecə saatlarından etibarən nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.   “APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat yayıb.   Məlumata görə, sürücülər alternativ olaraq Nəriman Nərimanov küçəsi istiqamətindən qəsəbəyə daxil ola bilərlər.

Xəbər xətti