Milli Məclisin xüsusi iclası başladı

12:08 - 30 Mart 2018 - Xəbər

​Xüsusi iclasda soyqırımı ilə bağlı qərar layihəsi qəbul ediləcək

Milli Məclisin Dünya Azərbaycanlılarının Soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclası başlayıb. Bu haqda Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib. İclasın gündəliyinə 1 məsələ daxil edilib.

Bu, “1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı qərar layihəsi”dir.
Xüsusi iclasda soyqırımı ilə bağlı qərar layihəsi qəbul ediləcək.  Həmçinin, iclasda Milli Məclis tərəfindən beynəlxalq təşkilatlara, bir neçə ölkənin parlamentlərinə ünvanlanacaq müraciət müzakirə ediləcək. Daha sonra isə müraciətin qəbulu məsələsinə baxılacaq.
 

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl 31 mart soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib.modern.az

Xəbər xətti