Təhsil Nazirliyindən kəskin hava şəraiti ilə bağlı Xəbərdarlıq
21:03 - 29 Mart 2018 - ÖLKƏ İÇİ
Təhsil Nazirliyi sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı valideynlərə xəbərdarlıq edib.
Ucnoqta.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbər verir ki, martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcək, güclü (təhlükəli) şimal-qərb küləyi əsəcək.
"Təhsil Nazirliyi bununla bağlı tələbə və şagirdləri diqqətli olmağa, xüsusilə azyaşlı məktəb şagirdlərinin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır. Eyni zamanda Bakıda və Abşeron yarımadasında fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərlərindən göstərilən tarixlərdə müvafiq təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirmələri xahiş olunur", - məlumatda qeyd olunub.