Hazırda havada tozun miqdarı sanitar normadan 32 faiz yuxarıdır

16:03 - 29 Mart 2018 - Xəbər

Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 15:00-da bir qədər də artaraq sanitar normadan 32 faiz yuxarı olduğu qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xdimətindən verilən məlumata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 29 mart 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 15:00-da bir qədər də artaraq sanitar normadan 32 faiz yuxarı olduğu qeydə alınıb.
 

Xatırladaq ki, saat 09:00-da bu göstərici 20 faiz, 12:00-da 25 faiz sanitar normadan yuxarı olub.

Xəbər xətti