Zakir Həsənov Ərdoğanla görüşüb

14:24 - 29 Mart 2018 - Xəbər

​Görüşdə Türkiyə müdafiə naziri Nurettin Canikli də iştirak edib.

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənovu qəbul edib. APA-nın "Yeni Şafak"a istinadən verdiyi xəbərə görə,  bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Türkiyə müdafiə naziri Nurettin Canikli də iştirak edib.

Qeyd edək ki, Z.Həsənov martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək. 

Xəbər xətti