Məmmədyarov Kramnik görüşü heç-heçə yekunlaşıb
00:49 - 28 Mart 2018 - İDMAN
Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar turnirində XIV sonuncu turun görüşləri keçirilir.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla rusiyalı Vladimir Kramnik ilə üz-üzə gəlib.
Görüş 54-cü gedişdə heç-heçə ilə yekunlaşıb - 0,5:0,5. Bununla da Məmmədyarov xallarını 8-ə çatdırıb. Onun turnirin qalibi olma şanslarını qorumasından ötrü lider Fabiano Karuana Aleksandr Qrişuka uduzmalıdır.
Turun digər qarşılaşmaları:
Aleksandr Qrişuk (Rusiya) - Fabiano Karuana (ABŞ)
Levon Aronyan (Ermənistan) - Uesli So (ABŞ) - 0.5:0.5
Sergey Karyakin (Rusiya) - Din Lijen (Çin) - 0,5:0,5
13 turdan sonra turnir cədvəlinə Fabiano Karuana başçılıq edir. Karuana 8 xalla vahid liderdir. Şəhriyar Məmmədyarov və Sergey Karyakin 7,5 xalla 2-3-cü yerləri bölüşdürür. Din Lijen 7 xalla 4-cü, Aleksandr Qrişuk 6,5 xalla 5-ci, Vladimir Kramnik 6 xalla 6-cı pillədə qərarlaşıb. Uesli So 5,5 xalla 7-ci, Levon Aronyan 4 xalla 8-cidir.
Azərbaycan təmsilçisi turnirin qalibi olmaq üçün Kramniki mütləq yenməli, Karuana və Karyakinin məğlubiyyətlərinə ümid etməlidir. Xallar bərabər olduqda əlavə göstəricilərə - şəxsi görüşlər, qələbə sayı, Zonneborn-Berger əmsalına baxılacaq. Bunlarda da bərabərlik olarsa, martın 28-də tay-breyk keçiriləcək.