Ucnoqta.az
www.ucnoqta.az

Məmmədyarov Kramnik görüşü heç-heçə yekunlaşıb

00:49 - 28 Mart 2018 tarixində dərc olunub.
Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar turnirində XIV sonuncu turun görüşləri keçirilir. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla rusiyalı Vladimir Kramnik ilə üz-üzə gəlib. Görüş 54-cü gedişdə heç-heçə ilə yekunlaşıb - 0,5:0,5. Bununla da Məmmədyarov xallarını 8-ə çatdırıb. Onun turnirin qalibi olma şanslarını qorumasından ötrü lider Fabiano Karuana Aleksandr Qrişuka uduzmalıdır. Turun digər qarşılaşmaları: Aleksandr Qrişuk (Rusiya) - Fabiano Karuana (ABŞ) Levon Aronyan (Ermənistan) - Uesli So (ABŞ) - 0.5:0.5 Sergey Karyakin (Rusiya) - Din Lijen (Çin) - 0,5:0,5 13 turdan sonra turnir cədvəlinə Fabiano Karuana başçılıq edir. Karuana 8 xalla vahid liderdir. Şəhriyar Məmmədyarov və Sergey Karyakin 7,5 xalla 2-3-cü yerləri bölüşdürür. Din Lijen 7 xalla 4-cü, Aleksandr Qrişuk 6,5 xalla 5-ci, Vladimir Kramnik 6 xalla 6-cı pillədə qərarlaşıb. Uesli So 5,5 xalla 7-ci, Levon Aronyan 4 xalla 8-cidir. Azərbaycan təmsilçisi turnirin qalibi olmaq üçün Kramniki mütləq yenməli, Karuana və Karyakinin məğlubiyyətlərinə ümid etməlidir. Xallar bərabər olduqda əlavə göstəricilərə - şəxsi görüşlər, qələbə sayı, Zonneborn-Berger əmsalına baxılacaq. Bunlarda da bərabərlik olarsa, martın 28-də tay-breyk keçiriləcək.
Müəllif: