Rusiyada matəm elan olunub

15:07 - 27 Mart 2018 - DÜNYA

Vladimir Putin martın 28-də ölkədə matəm günü elan olunması ilə bağlı sərəncam imzalayıb

Rusiyanın Kemerovo şəhərində baş verən faciə ilə əlaqədar matəm elan edilib. Ucnoqta.az xəbər verir ki, Kremlin mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı Rusiya prezidenti Vladimir Putin martın 28-də ölkədə matəm günü elan olunması ilə bağlı sərəncam imzalayıb. Dövlət qurumlarına yanğından zərə çəkən insanlara yardım edilməsi tapşırığı verilib.

Xatırladaq ki, martın 25-də Kemerovoda "Zimnyaya vişnya" ticarət mərkəzində baş verən yanğın nəticəsində 67 nəfər həlak olub. Onlardan 41 nəfəri uşaq olub.

Xəbər xətti