Nigeriyanın televiziya ulduzları Azərbaycanın milli geyimlərində- Foto

14:59 - 27 Mart 2018 - MAQAZİN

Nigeriyadan olan çəkiliş qrupu Azərbaycana gəlib.

Ucnoqta.az-ın məlumatına görə, çəkiliş qrupu ölkəmiz, onun tarixi, ənənələri, mədəniyyəti, dəbi, turizm və mətbəxi haqqında  silsilə verilişlər hazırlayacaq. Verilişlər (13 buraxılış) Nigeriyanın və Afrika ölkələrinin 10-dan çox telekanalında təqdim ediləcək. Layihənin təşkilatçısı Nigeriyadan olan həmyerlimiz, Beynəlxalq Qadın Təşkilatının meneceri, Azərbaycan-Nigeriya Dostluq Cəmiyyətinin rəhbəri Billurə Bayramovadır.

Silsilə verilişlər may-iyul aylarında Afrika ölkələrinin televiziya ulduzları Cina Exikodiojo və Cennifer Centetin (Fransa vətəndaşı)  hazırladığı populyar "Foodies anad Spice" və "Lives of Nigerians in Diaspora" televiziya verilişləri çərçivəsində yayımlanacaq. Afrikalı qonaqlar Azərbaycan Milli Geyim Mərkəzinin və Gulnara Khalilova Dəb Evinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın qonağı olublar. Onlar burada ölkəmizdə dəb sənayesinin inkişafı və Azərbaycan milli geyiminin ənənələri haqqında müsahibə alıblar. Gülnarə Xəlilova qonaqlara əl işlərindən ibarət suvenirlər hədiyyə edib.

Billurə  Bayramovanın sözlərinə görə, səfərin təşkilində əsas məqsəd Azərbaycanın təbliğatını Afrika ölkələrində aparmaqdır. Novruz bayramında Bakıda olan Cina Exikodiojo və Cennifer Centet Şəkiyə, Lahıca, Tərtərə və ölkənin digər şəhərlərinə səfər ediblər, Azərbaycanın qonaqpərvərliyinə, təbiətinin gözəlliyinə, memarlıq abidələrinə və müasir binalarına, milli mətbəxinə və ölkə təbiətinə heyran qaldıqlarını bildiriblər.


Xəbər xətti