Siyahı ölənlərin qohumları tərəfindən yaradılmış qərargahda açıqlanıb
Rusiyanın Kemerovo şəhərində “Qış albalısı” ticarət mərkəzində baş verən yanğın zamanı 41 uşaq ölüb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, hadisə zamanı ümumilikdə 64 nəfər həyatını itirib.
Siyahı ölənlərin qohumları tərəfindən yaradılmış qərargahda açıqlanıb.
Qeyd edək ki, Kemerovo şəhərindəki dördmərtəbəli "Qış albalısı" ticarət mərkəzində yanğın martın 25-də baş verib. Yanğın 1500 kvadrat metr sahəni əhatə edib. Rusiya prezidenti hadisə ilə əlaqədar Kemerovo şəhərinə səfər edib.