Suriyanın terrorçulardan azad olunan Afrin şəhərində partlayış törədilib.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər həlak olub.
Onlardan 7-si mülki şəxs, 4-ü isə Azad Suriya Ordusunun döyüşçüləridir.
Terrorçu PKK/YPG-PYD qruplaşmasının törətdiyi partlayış nəticəsində çox sayda binaya ziyan dəyib.