Sabahın havası - 15° isti

13:24 - 18 Mart 2018 - ÖLKƏ İÇİ

Sabah ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb. Ucnoqta.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 4-7°, gündüz 10-15° isti olacaq. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 16-21° isti təşkil edəcək. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 0-5°, gündüz 10-15° isti olacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7°, gündüz 15-20° isti təşkil edəcək. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 15-20° isti, dağlarda gecə 0-2°, gündüz 12-17° isti təşkil edəcəyi proqnozlaşdırılır. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8°, gündüz 15-20° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-7°, gündüz 15-20° isti, dağlarda gecə 2-5°, gündüz 14-17° isti təşkil edəcək.

Xəbər xətti