Afrin terrorçulardan təmizlənib
11:22 - 18 Mart 2018 - DÜNYA
Azad Suriya Ordusunun bölmələri Suriyanın Afrin üzərində nəzarəti təmin edib.
Trend-in Türkiyə KİV-lərinə istinadla verdiyi xəbərə görə, ASO qüvvələri bu gün səhər saatlarında şəhərin PKK/YPG terrorçularından təmizlənməsi məqsədi ilə Afrinə şəhərin cənub-şərqindən daxil olmağa başlayıb.
ASO qüvvələrinin irəliləyişi davam edərkən, şəhər mərkəzindən tez-tez silah və partlayış səsləri eşidilir. Bundan başqa, Türk döyüş təyyarələrinin də Afrin səmasında uçduğu müşahidə edilir.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.