Türkiyədə polisləri aparan avtobus qəzaya uğrayıb – yaralılar var

14:46 - 16 Mart 2018 - DÜNYA

Xəsarət alanlar şəhər xəstəxanasına yerləşdirilib

Türkiyənin şimal-şərqində, Artvin vilayətində polisləri aparan avtobus qəzaya uğrayıb. Trend-in məlumatına görə, hadisə nəticəsində 4 polis əməkdaşı xəsarət alıb. Məlumata əsasən, qəza zamanı avtobusda 11 polis işçisi olub.

Xəsarət alanlar şəhər xəstəxanasına yerləşdirilib.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Xəbər xətti