ABŞ-da kimya zavodunda partlayış baş verib

01:57 - 16 Mart 2018 - DÜNYA

ABŞ-ın Texas ştatında fəaliyyət göstərən kimya zavodunda partlayış baş verib, fəhlələr arasında xəsarət alanlar var.   APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Kresson şəhərində baş verib. Yerli KİV-lər partlayış nəticəsində bir nəfərin itkin düşdüyünü qeyd edir. Xəsarət alanlardan birinin vəziyyəti kritikdir.   Qeyd olunan müəssisənin sabun və müxtəlif turşular istehsal etdiyi bildirilir. 

Xəbər xətti