Heç bir ölkə Türkiyədən "Zeytun budağı" əməliyyatını saxlamağı tələb edə bilməz
Türkiyə məqsədlərinə nail olmayana qədər Suriyadan qoşunlarını çıxarmayacaq. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə dövlət başçısı qeyd edib ki, heç bir ölkə Türkiyədən "Zeytun budağı" əməliyyatını saxlamağı tələb edə bilməz.
R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə Suriyada terrorçuların bütün planlarını alt-üst etdi.
Daha sonra Türkiyə prezidenti əlavə edib: ""Zeytun budağı" hərbi əməliyyatı çox qısa zamanda yekunlaşacaq".