AMEA-nın iki institutunun alimləri birgə layihə reallaşdırırlar

01:18 - 16 Mart 2018 - Xəbər

AMEA Riyaziyyat və Mexanika İnstitutu Geologiya və Geofizika İnstitutu ilə birgə ölkənin  mühüm sosial-iqtisadi, ictimai-mədəni məsələlərinin həllinə və onun müdafiə qüdrətinin artırılmasına yönəlmiş multidissiplinar elmi tədqiqat proqramları çərçivəsində tədqiqatlara başlayıb.

AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsind’n Ucnoqta.az-a verilən məlumata görə, tədqiqatlardan əsas məqsəd respublikanın müxtəlif geoloji şəraitə malik rayonlarında yerləşən geofiziki stansiyaların məlumatlarının emal etməkdir.
İlk olaraq radon qazının qatılığı, temperatur, rütubət və təzyiqin bir-birindən asılılığının, radon qazının həcmi aktivliyinin qısa, orta və uzun müddətli davamlı variasiyalarının və digər aspektlərin müasir riyazi üsullarla emalı aparılır.
 

Bu məqsədlə mart ayının 13-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda alınan ilkin nəticələrin müzakirəsi keçirilib. Görüşdə Riyaziyyat və Mexanika İnstitutu direktoru Misir Mərdanov, İnstitutun əməkdaşlarından Rövşən Əliyev, Hilalə Cəfərova, Geologiya və Geofizika İnstitutu direktorunun elmi işlər üzrə  müavini Dadaş Hüseynov, İnstitutun alimlərindən Əkbər Feyzullayev, Çingiz Əliyev və Rauf Bağırlı iştirak ediblər.

Toplantıda görülən işlərlə bağlı müzakirələr keçirilib, ilk elmi nəticələr müsbət qiymətləndirilib və təqdiqatların davamlı olacağı qənaəti təsdiqlənib. 

Xəbər xətti