Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib. Peskov bildirib ki, Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib və təhdid etmir.
O, qeyd edib ki, Moskva və Bakı hazırda Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin və Azərbaycanın baş prokuroru Kamran Əliyev səviyyəsində problemli məsələləri müzakirə edirlər.
"Hazırda İstintaq Komitəsinin sədri Bastrıkin Azərbaycanın baş prokuroru ilə daimi əlaqədədir. Bu təmaslar zamanı problemli görünən məsələlərlə məşğul olurlar", - Kreml nümayəndəsi vurğulayıb.