Fransanın iki sakini respublikanın Avropa hissəsinin demək olar ki, bütün ərazisini bürümüş həddindən artıq istilər səbəbindən dünyasını dəyişib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ekoloji Keçid naziri Aqnes Pannier-Runaher məlumat yayıb.
Parisdə keçirilən mətbuat konfransında 300-dən çox insanın xilasedicilərin təcili yardımına ehtiyac olduğu deyilir.
Məlumata görə, ötən iyun ayı Fransada bütün meteoroloji müşahidələr tarixində ikinci ən isti olub - yalnız 2003-cü ildə orta temperatur daha yüksək olub.
İyulun 1-də baş verən isti dalğasına gəlincə, bu meteoroloji epizodun pik həddi keçib və yaxın günlərdə ölkənin şimal və şimal-qərb rayonlarında havanın temperaturunda azalma gözlənilir.