Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin yeni müavini təyin edilib

14:12 - 15 Mart 2018 - Xəbər

Faiq Maqbed oğlu Quliyev "SOCAR Energy Georgia" MMC-də marketinq və beynəlxalq əlaqələr bölməsinin rəisi vəzifəsində çalışıb

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin yeni müavini təyin olunub. APA-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Faiq Maqbed oğlu Quliyev komitə sədrinin müavini təyin edilib.
F. Quliyev buna qədər "SOCAR Energy Georgia" MMC-də marketinq və beynəlxalq əlaqələr bölməsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, bununla da komitənin sədr müavinlərinin sayı üçə çatıb.

Xəbər xətti