Norveçin "Statoil" şirkətinin adı dəyişəcək

20:35 - 15 Mart 2018 - DÜNYA

Təklif şirkətin səhmdarlarının mayın 15-də keçiriləcək llik iclasında irəli sürüləcək

Norveçin "Statoil" şirkəti, adını dəyişdirərək "Equinor" qoymağa hazırlaşır. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu təkliflə şirkətin direktorlar şurası çıxış edib.

Təklif şirkətin səhmdarlarının mayın 15-də keçiriləcək llik iclasında irəli sürüləcək. Əsas səhmdarı olan Norveç hökuməti təşəbbüsü dəstəklədiyini və lehinə səs verəcəyini bildirib.

Adın dəyişdirilməsi ilə bağlı ideya müəllifləri düşünür ki, bu addımla "şirkətin nəhəng energetika sektoru iştirakçısı olma yolunda strategiya və inkişafı dəstəklənəcək". 

Qeyd edək ki, "Equinor" sözünün mənasi, "equi"- bərabər və "nor"- şirkətin Norveçə aid olduğunu əks etdirən deməkdir. 

Xatırladaq ki, "Statoil" şirkəti Azərbaycanın neft-qaz sektorunda fəal iştirakçılardan biridir.

Xəbər xətti