Qətər İtaliyanın "Leonardo" şirkətinin daxil olduğu konsorsium ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, Qətər 4 milyard dollar dəyərində 28 "NH90" hərbi helikopteri əldə edəcək.
Müqavilə martın 14-ü "DIMDEX" beynəlxalq hərbi dəniz sərgisi çərçivəsində imzalanıb. Bundan əlavə, Qətər hökuməti helikopterlərin uzaq radiuslu raketlər ilə təmin edilməsi barədə də müqavilə imzalayıb.