İranda baş verən təyyarə qəzası nəticəsində həlak olanların cənazəsi Türkiyəyə aparılıb.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, cənazələr İrandan təyyarə ilə Atatürk hava limanına aparılıb.
Qeyd edək ki, özəl təyyarədə H. Başaranın qızı Minə Başaran və 7 rəfiqəsi olub. Minə Başaran rəfiqələri ilə Dubaya “subaylığın son gecəsi”ni qeyd etməyə gedibmiş. İstanbula uçan təyyarə İranın paytaxtı Tehranın cənubunda yerə düşüb. Təyyarədə 3 ekipaj üzvü, 8 isə sərnişin olub. Onların hamısı həlak olub.