"Ümid edirəm, axşama qədər Afrin şəhəri nəzarətə götürüləcək" Ərdoğan

13:41 - 14 Mart 2018 - DÜNYA

Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birgə bu gün axşama qədər Suriyanın Afrin şəhərini nəzarətə götürə bilər. 
 
 
"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan muxtarlar toplantısında deyib. O bildirib ki, indiyə qədər Suriyanın Afrin bölgəsində 3444 PYD/YPG terrorçusu zərərsizləşdirilib: “Afrinə bir qədər də yaxınlaşdıq. Ümid edirəm ki, inşallah, axşama qədər Afrin şəhəri nəzarətə götürüləcək”.
 
Qeyd edək ki, Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə yanvarın 20-də Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün “Zeytun budağı” əməliyyatına başlayıb. 

Xəbər xətti