Tramp Tillersonun müavinini də vəzifədən uzaqlaşdırdı

13:17 - 14 Mart 2018 - DÜNYA

ABŞ prezidenti Donald Tramp xarici işlər naziri Tillersonu vəzifədən uzaqlaşdırdıqdan sonra müavinini də işdən qovub.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, müşavir Qoldştaynın qovulma səbəbinin Trampın qərarı ilə bağlı verdiyi şərhlər olduğu ehtimal edilir.
 

Tillersonun Tramp tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra tvit atan Qoldştayn XİN rəhbərinin Trampla danışmadığını və vəzifədən uzaqlaşdırıldığını bilmədiyini yazmışdı.
 

Qoldştayn sonra jurnalistlərə verdiyi açıqlamada Tillersonun özü ilə bağlı qərarı Trampın tvitindən öyrəndiyini bildirmişdi.

Xəbər xətti