Yeni Zelandiyanin Kraysçörç şəhərində dünyada ilk dəfə olaraq pilotsuz uçan taksi sınaqdan keçirilir.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu pilotsuz taksiyə "Cora" adı verilib. Nəqliyyat vasitəsi vertolyot kimi şaquli vəziyyətdə enə və qalxa, təyyarə kimi uça bilir.
"New Zealand Herald" qəzeti layihə üzərində işlərin 8 il davam etdiyini yazır. Layihəni hazırlayan "Zephyr Airworks" şirkəti uçan taksini qarşıdakı 6 il ərzində bazara çıxarmağı planlaşdırır.
Pilotsuz taksi iki sərnişini daşıya biləcək. Elektrik mühərrikə sahib bu nəqliyyat vasitəsi ətraf mühit üçün təhlükəsizdir.