Əfqanıstanda avtomobilin partladılması nəticəsində azı 6 polis əməkdaşı ölüb.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bunu yerli polis idarəsindən bildiriblər.
Ölkənin cənubunda yerləşən Gilmənd əyalətinin Nadəli rayonunda terrorçu-kamikadze özünü partladıb.
Hadisənin təfərrüatı barədə məlumat yayılmayıb.
Partlayışın məsuliyyətini hələlik heç bir terroçu qruplaşma üzərinə götürməyib.