Azərbaycanda aprelin 11-nə təyin edilən Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat aparmaq üçün ölkənin şəhər və rayon mərkəzlərində müəyyən edilən açıq və qapalı yerlərin siyahısı açıqlanıb.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, yerlər “Sərbəst toplaşmaq azadlığı haqqında” qanununa müvafiq olaraq ayrılıb.
Bunun üçün ölkə üzrə ümumilikdə 72 ünvanda yer müəyyən edilib.
Qeyd edək ki, seçkiqabağı təşviqat martın 19-da başlayır.