İspaniya "Atletiko"sunun futbolçusu Antuan Qrizmann klubla müqaviləsini uzatmayıb.
"Ucnoqta.az"-ın "Report"a istinadən verdiyi məlumata görə, fransalı hücumçu bu adımı "Barselona"ya keçmək üçün atıb. Onun hazırkı anlaşması 2022-ci ilin yayınadək nəzərdə tutulub. 27 yaşlı forvardın dəbbə pulu isə 100 milyon avrodur.
Qeyd edək ki, daha əvvəl Antuan Qrizmannın həyat yoldaşının Barselona şəhərində ev axtardığına dair xəbərlər yayılıb.