Ucnoqta.az
www.ucnoqta.az

Qrizmann "Atletiko" ilə müqaviləsini uzatmaqdan imtina edib

00:12 - 14 Mart 2018 tarixində dərc olunub.

 İspaniya "Atletiko"sunun futbolçusu Antuan Qrizmann klubla müqaviləsini uzatmayıb.

"Ucnoqta.az"-ın "Report"a istinadən verdiyi məlumata görə, fransalı hücumçu bu adımı "Barselona"ya keçmək üçün atıb. Onun hazırkı anlaşması 2022-ci ilin yayınadək nəzərdə tutulub. 27 yaşlı forvardın dəbbə pulu isə 100 milyon avrodur.

Qeyd edək ki, daha əvvəl Antuan Qrizmannın həyat yoldaşının Barselona şəhərində ev axtardığına dair xəbərlər yayılıb. 

Müəllif: