Türkiyə parlamenti yəni layihə qəbul edib.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, hakim “Ədalət və İnkişaf” partiyası ilə “Milliyətçi Hərəkat Partiyası”nın seçki ittifaqı təklifi parlamentdən keçib. Seçki ittifaqı təklifi 26 maddədən ibarətdir.
Türkiyə Böyük Millət Məclisində müzakirələr dünən axşam saatlarında başlayıb və bu gün səhər saatlarına qədər davam edib. 26 maddənin hər biri müzakirə edilib. Seçki ittifaqı təklifi qəbul edilib.