Türkiyə Silahlı Qüvvələri (SQ) və "Azad Suriya Ordusu" Afrini tamamilə mühasirəyə alıb.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, Türkiyə Silahlı Qüvvələri bu gün Afrin bölgəsinin mərkəzinə doğru yolda son yaşayış məntəqələrini də nəzarətə götürüb.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.