BMT Dəməşq ətrafında yerləşən Şərqi Qutada atəşkəsə nail ola bilməsə, ABŞ Suriyaya zərbə endirməyə hazırdır.
"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.
“ABŞ zəruri hallarda hərəkət etməyə hazırdır. Bu, bizim üstünlük verdiyimiz yol olmasa da, onu nümayiş etdirə bilərik. Biz buna hazırıq”, deyə N.Heyli vurğulayıb.
Bundan əvvəl ABŞ BMT Təhlükəsizlik Şurasına Dəməşq və onun ətrafında hərbi əməliyyatları dayandırmaq tələbi ilə qətnamə layihəsini təqdim edib.