Türkiyə Almaniyaya etiraz notası göndərib

18:28 - 13 Mart 2018 - DÜNYA

Türkiyə hökuməti Berlində məscid və Türk mədəniyyət mərkəzinin yandırılması ilə əlaqədar Almaniyaya etiraz notası göndərib.
 
"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ bildirib.
 
“Almaniya hökumətini Türkiyə vətəndaşlarının təhlükəsizliyinə diqqətlə yanaşmağa çağırırıq”, deyə B.Bozdağ qeyd edib. O həmçinin cinayətkarları məsuliyyətə cəlb etməyə çağırıb. 
 
Hadisə ilə əlaqədar Almaniyanın Ankaradakı səfiri Martin Erdmann bu gün Türkiyə XİN-ə çağırılıb.
 
Qeyd edək ki, insident martın 11-də Berlinin Raynikkendorf rayonunda qeydə alınıb.

Xəbər xətti