Gürcüstan parlamentinin üzvü Arçil Talakvadze Azərbaycana rəsmi səfər edəcək.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, Talakvadzenin səfəri 13-14 mart tarixlərinə planlaşdırılıb.
Gürcü parlamentari Bakıda keçiriləck ATƏT PA-nın İpək Yoluna Dəstək adlı ilk beynəlxalq sessiyasında iştirak edəcək.
Tədbirdə ATƏT PA-nın üzvləri iqtisadiyyat, nəqliyyat və loqistika infrastrukturu sahələri üzrə əməkdaşlığın inkişafında parlamentlərin rolunu müzakirə edəcəklər.
Qeyd edək ki, Arçil Talakvadze Gürcüstan parlamentində çoxluq lideridir.