Nepalda təyyarə qəzasında ölənlərin sayı artır - YENİLƏNİB

15:37 - 12 Mart 2018 - DÜNYA

Nepalın paytaxtı Katmanduda hava limanı yaxınlığında baş verən təyyarə qəzası zamanı ölənləri sayı 38 nəfərə çatıb.
 
 
 
"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə polisi məlumat yayıb. Hadisə zamanı 23 nəfər xəsarət alıb. Daha 10 nəfərin taleyi məlum deyil. 
 
 
 
15:12
 
 
 
Banqladeşə məxsus təyyarənin Nepalda qəzaya uğraması nəticəsində 8 nəfər ölüb.
 
  
Müxtəlif xəsarətlər almış 17 nəfər isə xəstəxanaya yerləşdirilib.
 
 
 
Təyyarədə olan 37 kişi, 27 qadın və 2 uşağın aqibəti hələlik məlum deyil.
 
 
 
14:13
 
 
Nepalda sərnişin təyyarəsi qəzaya düşüb.
 
 
 
Banqladeşin US-Bangla şirkətinə məxsus təyyarə Katmandu şəhərinin Tribhuvan adına beynəlxalq hava limanının yaxınlığında qəzaya uğrayıb.
 
 
 
S2-AGU nömrəli təyyarə eniş edərkən enmə zolağına deyil, yaxınlıqdakı futbol meydançasına düşüb.
 
 
 
Nəticədə təyyarə yanmağa başlayıb.
 
 
 
Təyyarədə 70-ə yaxın sərnişinin olduğu bildirilir.
 
 
 
Ölən və yaralananların olduğu ehtimal edilir.
 
 
 
Turizm Nazirliyinin katibi Sureş Açarya bildirib ki, təyyarədə olan 67 nəfərdən 17-si xilas edilib və xəstəxanaya yerləşdirilib.
 
 
 
Onlardan 4-ü ekipaj üzvüdür.
 
 
 
Qəza ilə bağlı Katmandunun Tribhuvan adına beynəlxalq hava limanından bütün uçuşlar dayandırılıb.
 
 
 
İlkin məlumata görə, qəzaya texniki nasazlıq səbəb olub.
 
 
 
Hadisə yerində xilasedici qüvvələr işləyir.

Xəbər xətti