Banqladeşə məxsus təyyarənin Nepalda qəzaya uğraması nəticəsində 8 nəfər ölüb.
"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi xəbərə görə, müxtəlif xəsarətlər almış 17 nəfər isə xəstəxanaya yerləşdirilib.
Təyyarədə olan 37 kişi, 27 qadın və 2 uşağın aqibəti hələlik məlum deyil.
***
Nepalda sərnişin təyyarəsi qəzaya düşüb.
Banqladeşin US-Bangla şirkətinə məxsus təyyarə Katmandu şəhərinin Tribhuvan adına beynəlxalq hava limanının yaxınlığında qəzaya uğrayıb.
S2-AGU nömrəli təyyarə eniş edərkən enmə zolağına deyil, yaxınlıqdakı futbol meydançasına düşüb.
Nəticədə təyyarə yanmağa başlayıb.
Təyyarədə 70-ə yaxın sərnişinin olduğu bildirilir.
Ölən və yaralananların olduğu ehtimal edilir.
Turizm Nazirliyinin katibi Sureş Açarya bildirib ki, təyyarədə olan 67 nəfərdən 17-si xilas edilib və xəstəxanaya yerləşdirilib.
Onlardan 4-ü ekipaj üzvüdür.
Qəza ilə bağlı Katmandunun Tribhuvan adına beynəlxalq hava limanından bütün uçuşlar dayandırılıb.
İlkin məlumata görə, qəzaya texniki nasazlıq səbəb olub.
Hadisə yerində xilasedici qüvvələr işləyir.