Ümumdünya Səhiyyə Təşkilatı yeni xəbərdarlıq yayıb.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, yeni qlobal epidemiya təhlükəsi var. Buna səbəb isə hələ müəyyən edilməyən infeksiyadır. Adı məlum olmadığı üçün Təşkilat virusu “İks xəstəliyi” adlandırıb.
Tədqiqatçılar bəşəriyyətin yoluxa biləcəyi bütün xəstəliklərin siyahısını tutublar. Lassa qızdırması da siyahıya əlavə edilib. Eyni zamanda 2014-2015-ci illərdə 11 min nəfərin ölümünə səbəb olan Ebola virusu da siyahıdadır.
Alimlər Marburq qızdırması, Krım-Konqo qızdırması, Yaxın Şərq respirator sindromu, Zika xəstəliyi kimi infeksiyaları da çox təhlükəli infeksiyalar siyahısına əlavə ediblər.
Həkimlər “İks xəstəliyi”ni də siyahıya salıblar. Onların fikrinə görə, pandemiya naməlum xəstəliyə səbəb ola bilər. Bu xəstəlik isə İspanka qripi kimi ölümlə nəticlənə bilər.
Qeyd edək ki, İspanka qripi 1918-1919-cu illərdə üzə çıxıb. 550 milyon insana yoluxub və 50-100 milyon insanın ölümü ilə nəticələnib.