Smartfon sahibinin psixikasında problemə səbəb ola bilər.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə alimlər araşdırma aparıblar və nəticəni açıqlayıblar. Məlum olub ki, müntəzəm zənglər və bildirişlər stress hormonlarını fəaliyyətə keçirir və müntəzəm olaraq müdafiə reaksiyasını işə salır.
Tədqiqatın nəticələrinə əsasən, amerikalı tələbələrin 89%-i telefon sönülü olduğu halda da beyinləri vibrozənglərə reaksiya verir. Tələbələrin 86%-i isə iddia edir ki, müntəzəm olaraq elektron poçt və sosial şəbəkəni yoxlayırlar.
“Telefon bildirişləri müntəzəm olaraq stress və qorxu vəziyyətində olmasına şərait yaradır. Bu zaman isə, beyin tam olaraq fəaliyyət göstərmir. Bu isə səfehliklər etməyə səbəb olur”, - deyə alimlər bildiriblər.