İkisi hamilə idi, 3-ü bu yaz evlənəcəkdi - “Qara qutu” tapıldı

11:06 - 12 Mart 2018 - DÜNYA

İranda qəzaya düşən Türkiyə təyyarəsinin qara qutusu tapılıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İranın “İRNA” rəsmi agentliyinə Çaharmahal və Bəxtiyari əyalətinin Qızıl Aypara cəmiyyətinin axtarış və xilasetmə qrupunun rəhbər yardımçısı Rıza Zahiri məlumat verib. Qara qutu şifrəsinin açılması üçün mütəxəssislərə təqdim ediləcək. Yaxın saatlarda İrana xüsusi reyslə gələn Türkiyə nümayəndə heyəti və qəzada ölənlərin yaxınları eniş edəcəklər. 
 

Zahirinin sözlərinə görə, axtarış-xilasetmə dəstəsi hadisə baş verən əraziyə çatıb və meyitlər tapılıb. Bütün cəsədlər yandığı üçün kimliklərinin müəyyən edilməsi üçün isə DNA testinə ehtiyac olacaq. 
 

Türkiyə mediası ölən qadınlardan ikisinin hamilə olduğunu, 3-nün isə bu yaz evlənməyi planlaşdırdıqlarını yazır. 
 

Xatırladaq ki, BƏƏ-dən İstanbula gedən “Başaran Holding”ə aid şəxsi təyyarə İranda qəzaya düşüb. Üçü ekipaj üzvü olmaqla 11 qadın həlak olub. Göyərtəsində “subaylığa vəda” partisindən qayıdan iş adamı Hüseyin Başaranın qızı Mina Başaran və rəfiqələri olub. 


Xəbər xətti