Ukrayna Dövlət Kosmik Agentliyi Avstraliyanın qərbində kosmodrom tikmək niyyətindədir.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, "The West Australian" portalı müvafiq təklifin hələ 2016-ci ildə irəli sürüldüyünü yazır.
Ukraynanın Avstraliyadakı səfiri Nikolay Kuliniç bildirib ki, ölkəsinin qlobal kosmik yarışda böyük təcrübəsi var:
"Bu təklif çox realdır. Meydan olarsa, Ukrayna günü sabah raketlər buraxa bilər. Əgər Avstraliyada istifadə oluna biləcək yer varsa, biz ekspertlərimizi təklif edə bilərik".
Kosmik Agentliyin məlumatına əsasən, kosmodrom tikintisi üçün 5-7 min kv.km sahə lazımdır. Bu ərazinin ölkənin qərbində, Kertin aviabazasının yaxınlığında olması daha məqsədəuyğun hesab edilir.