ABŞ hərbi sənayesi 2013-2017-ci illərdə Rusiyadan 58% daha çox silah istehsal edib.
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə Dünya Problemlərinin Araşdırılması üzrə Stoqholm Beynəlxalq İnstitutunun hesabatında deyilir.
İnstitutun hesabatında deyilir ki, ötən 4 ildə dünyada satılmış silahın 34%-i ABŞ-ın payına düşür. Ötən 5 ildə rəsmi Vaşinqotnun əsas müştərisi 98 ölkə olub. Satılan silahların 48%-i Yaxın Şərq ölkələrinin payına düşür.
Silah ixracına görə ikinci pillədə Rusiya qərarlaşıb. Növbəti pillələrdə silah satışını 27% artıran Fransa, Almaniya və Çin qərarlaşıb. Çin son 4 ildə silah ixracını 38% artırırıb. Oun əsas müştərisi Pakistan hesab olunur. Ötən illər ərzində İsrail (55%), Cənubi Koreya (65%) və Türkiyədə (145%) silah ixracını artırıb.
Dünya bazarlarında ən çox silah alan ölkə isə Hindistandır. Bu ölkəyə 2013-2017-ci illərdə dünya silah bazarında satılan silahların 12%-i düşür. Paralel olaraq, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Əlcəzair düşür.