Hindistanın cənubundakı Tamil Nadu ştatında yerləşən dağlıq Kuranqani rayonunda baş verən irimiqyaslı meşə yanğını zamanı azı 9 turist ölüb, 18 nəfər xəsarət alıb.
"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, ölənlər arasında 4 qadın, 4 kişi və 1 uşaq var.
Ümumilikdə 27 nəfər xilas edilib. Onlardan 10 nəfəri yüngül xəsarətlər alıb, 8 nəfərin vəziyyəti isə ciddidir.
Ölənlərin milli mənsubiyyətinə dair məlumatlar verilmir.
Yerli KİV yanğının turistlərin Beynəlxalq Qadınlar Gününə həsr olunmuş trekinq-turdan qayıtdığı zamanı başladığını yazıb.